Filipe Koutinyo: "Liverpul"da xoşbəxtəm" - AÇIQLAMA

Filipe Koutinyo: "Liverpul"da xoşbəxtəm" - AÇIQLAMA

Uzun müddətdir ki, adı "Barselona" ilə hallanan "Liverpul"un futbolçusu Filipe Koutinyo açıqlama verib. SİA-nın məlumatına görə, braziliyalı yarımmüdafiəçi ayrılıq iddialarına münasibət bildirib. O, "Liverpul"da xoşbəxt olduğunu və dünyanın ən yaxşı liqalarından birində çıxış etdiyini bildirib: "Dünyanın ən yaxşı çempionatlarından birində çıxış edirəm. Hazırda həyatımdan məmnunam. "Liverpul"da xoşbəxtəm və bütün diqqətimi oyunlarımıza cəmləmişəm. Hər gün daha güclü olmaq üçün çalışıram".

Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir. Bu mövsüm "qırmızılar"ın heyətində 9 oyun keçirən 25 yaşlı oyunçu 4 qol vurub və 3 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə