Avrasiya Marafonunda azərbaycanlı oğlandan evlilik təklifi - FOTO

Avrasiya Marafonunda azərbaycanlı oğlandan evlilik təklifi - FOTO

Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı anlar yaşanıb. SİA-nın məlumatına görə, marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgilisi Aynur xanıma evlilik təklifi edib. Gözlənilmədən cibində gətirdiyi üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "Hə” cavabı verib.

Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə