Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə, idmançımız ABŞ-ın Los-Anceles şəhərində keçirilən “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayıb.
Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB