2017 Formula 1 dünya çempionu Lyuis Həmilton (“Mercedes”) Braziliya Qran Prisinin sıralama turlarında qəza törətdiyinə görə 20-ci sıraya geriləmişdi. Komandası isə pilotun yarışa pitdən başlamasını istədi. Onlar bununla W08-də bir neçə dəyişiklik edə bildilər. İngilis pilot yarışa pitdən başlasa da, dördüncülüyə qədər yüksəldi.
SİA-nın məlumatına görə, L.Həmilton yarışdan sonra verdiyi açıqlamada kartiqdəki günlərini xatırladığını dedi: “Yarış əyləncəli keçdi. Geridən başlamaq kartinq günlərimi yadıma saldı. Əslində, ortalığı mən qarışdırdım və özümü mümkün olan ən pis vəziyyətə saldım. Geridən başlasam da, səhvlərimi kompensasiya edərək komandamı qürurlandırmaq və xal toplamaq istəyirdim. Üçüncülük üçün mübarizə aparsam da, yarışın sonuna yaxın təkərlər sıradan çıxmışdı. Yarışdan və rəqabətdən çox zövq aldım. Ümid edirəm ki, bundan sonra da hələ nə qədər istəkli olduğumu göstərə biləcəyəm. Hələ gəncəm və yarışacağım çox Qran Pri olacaq”.
Qeyd edək ki, L.Həmilton damalı bayrağı Sebastyan Fetteldən (“Ferrari” - birinci yer) 5.468 saniyə gec görsə də, azarkeşlər tərəfindən günün ən yaxşı pilotu seçilib.
Sürücü bununla bağlı da fikirlərini bildirib: “Bütün həftəsonu ən sürətli mən idim. Trasda əlimdən gələni etdim, mübarizə apardım. Mənə səs verən bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, onlar gözəl şoudan zövq alıblar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB