XXIII spartakiadaya start verildi

8 oktyabr 2010-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq 2009-2010-cu tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında XXII spartakiadanın bağlanışı və XXIII spartakiadanın açılışına həsr olunmuş tədbir keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Zaməddin Əkbərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Bakı şəhərinin məktəb rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, Xətai rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Zaməddin Əkbərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev XXII spartakiadanın yekunları haqqında məlumat verdikdən sonra mükafatlandırma mərasimi başlanıb. İlk öncə XXII spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda birinci yerləri tutmuş rayon komandalarının müəllimləri xatirə hədiyyələri ilə təltif olunublar.

Daha sonra Bakı şəhər məktəbliləri arasında XXII spartakiadanın yekun nəticələrinə əsasən Qaradağ rayonu III yeri tutduğuna görə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəis müavini Fiday Abbasquliyev Xətai RİH-nin birinci müavini Zaməddin Əkbərov tərəfindən, Səbail rayonu II yeri tutduğuna görə Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov tərəfindən və Xətai rayonu I yeri tutduğuna görə Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Tədbirin sonunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Bakı şəhər məktəbliləri arasında XXIII sparakiadanı açıq elan etmiş, bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə