Sabah Bakıda cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarşları başlanacaq
Sabah Bakıda cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarşları başlanacaq. JudoOnlineden SİA-ya verilən məlumata görə, bu gün saat 20:00-da Ramada otelində püşkatmanın nəticələri müəyyənləşəcək.
İki gün davam edəcək turnirdə qadınlardan ibarət yığma komandamızla birgə, Türkiyə , Rusiya, Kanada, Ukrayna, Çin ,İsrail, Almaniya, Avstriya, Belarus, Yunanıstan , Gürcüstan və Hollandiya cüdoçuları mübarizəyə qatılacaqlar. Yiğma komandamızın baş məşqçisi İbadulla Şahbanov və Azər Şıxəliyevin rəhbərliyi altında ölkəmizin idman şərəfini ümumilikdə 16 cüdoçu - Qurbanlı Aişə, Muradzadə Şəfəq , Əliyeva Aynur (hər üçü 48 kq), Osmanlı Aysel, Hüseynova Şahanə, Seyidi Turanə, (hər üçü 52 kq), Kifayət Qasımova, Əhmədova Rəqsanə, Musayeva Nataliya, Hüseynova Xanım (hər dördü 57 kq), Yusubova Nailə (63 kq), Hüseynova Bəhriyyə, İsgəndərli Leyla (hər ikisi 70 kq) və Əsədova Gülnarə (+78 kq) təmsil edəcək.
Qeyd edək ki, yarışda hakim qismində Azərbaycandan Zahir Məmmədov, Elmar Babanlı, Valeh Məhərrəmov və Fariz Hüseynov iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB