Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlaması ilə diqqət çəkib. SİA-nın məlumatına görə, fransalı çalışdırıcı Kriştianu Ronaldo və Lionel Messi haqda müsbət fikirlər səsləndirərkən Neymarı da unutmayıb: “Messi və Ronaldo? Onlar dünyanın ən yaxşı 2 futbolçusudur. Hərəsinin öz tərzi var. Onların etdikləri istisnadır. Komandalarına təkbaşına qələbə qazandıra bilirlər. Messi və Ronaldo haqda detallı şəkildə danışmaq üçün çox vaxta ehtiyac var. Hər ikisi dahi futbolçudur. Amma üçüncü belə oyunçu da var. O isə Neymardır”.
Qeyd edək ki, Zinəddin Zidan 2016-cı ildən “Real”ın baş məşqçisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB