Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. SİA xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayacaq.
Əməkdar idman ustası ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. Yetmiş yeddi kiloqram çəki dərəcəsində çıxış edəcək P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək.
“ACB KB-12”yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB