"Marsel" Patris Evra ilə müqaviləni ləğv edib

"Marsel" Patris Evra ilə müqaviləni ləğv edib

Fransanın "Marsel" klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib. SİA-nın məlumatına görə, komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində "Vitoriya Gimarayns"la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurması səbəb olub.

Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə