DÇ-2018-in daha bir iştirakçısı müəyyənləşib. SİA-nın məlumatına görə, bu, Seneqal yığmasıdır. Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci turunda səfərdə CAR-la qarşılaşan Seneqal millisi 2:0 hesablı qələbə ilə sona bir tur qalmış mundiala vəsiqəni təmin edib. Seneqal DÇ-2018-ə vəqiə qazanan 24-cü komandadır.
Qeyd edək ki, təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları da dünya çempionatında iştirak hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB