Belçika millisinin və "Roma"nın futbolçusu Radja Nainqqolan zədələnib. Belçika Futbol Federasiyasının saytında yer alan xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi millinin düşərgəsində məşq zamanı sıradan çıxıb. Bu səbəbdən o, Meksika və Yaponiya ilə yoxlama oyunlarını buraxacaq.
R.Nainqqolanın durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. Qeyd edək ki, "Roma" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB