"Fənərbaxça" klubu qarşıdan gələn transfer pəncərəsi açılan müddətdə Ronaldinyonu heyətinə qatacaq. SİA-nın məlumatına görə, "Milan"ın superstarının "Fənərbaxça"ya transfer olunacağı barədə Almaniya mətbuatında xəbərlər dərc edilib.
Qeyd edək ki, Ronaldinyo bir müddət öncə "Fənərbaxça"nın dəvəti ilə İstanbula gəlib, klubun qonağı olmuşdu. O "Fənərbaxça"nın rəhbər heyəti ilə bazanı gəzmişdi. Futbolçu 2 gün qalaraq İtaliyaya qayıtmışdı. Braziliyalı ulduzun artıq "Fənərbaxça"dan xoşu gəldiyi bildirilir. 30 yaşlı futbolçunu mövsümün sonunda "Milan" klubu da satmağı düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB