"Sumqayıt" hazırlığını davam etdirir

"Sumqayıt" hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da “Kapital Bank Arena"da növbəti məşqini keçirib.

"Kimyaçılar" tam heyətlə hazırlaşa bilmirlər. Belə ki, komandanın 4 futbolçusu - Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21-in heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq.

Bundan başqa, zədəli olan Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bugünkü məşqdə iştirak etməyib. Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komanda hazırlığı kiçik meydançada iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə