Antonio Konte PSJ-yə keçə bilər

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır. SİA-nın məlumatına görə, komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə