Valtteri Bottas: “İkinci pilot olmaqdansa, evdə oturaram” - AÇIQLAMA

Valtteri Bottas: “İkinci pilot olmaqdansa, evdə oturaram” - AÇIQLAMA

“Mercedes”in Formula 1 komandasında Niko Rosberqi əvəzləyən Valtteri Bottas 2017-ci ilin çempionatına yaxşı başlamasına baxmayaraq, mövsümün ikinci yarısında komanda yoldaşı Lyuis Həmiltondan geridə qaldı. SİA-nın məlumatına görə, çempionatda 3-cü sırada yer alan pilot gələn il də komandada qalmağı və L.Həmiltondan üstün olaraq ikinci olmadığını sübut etmək istədiyini bildirib: “İstədiyim qədər olmasa da, yarışı bir neçə dəfə L.Həmiltondan öndə bitirməyi bacardım. L.Həmilton həqiqətən çox yaxşı pilotdur. Amma mən özümə inanmağa məcburam. Özümü ikinci nömrə olaraq qəbul edə bilmərəm. İkinci pilot olmaqdansa, evdə oturaram. Bu il mən çox şey öyrəndim. Gələn il tam fərqli olacaq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə