DÇ-2018-in Avropa zonasının pley-off mərhələsində İsveçlə qarşılaşacaq İtaliya millisinin yarımmüdafiəçisi Daniele De Rossi oyun barədə fikirlərlərini bildirib. Qol.az-ın xəbərinə görə, 34 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Zlatan İbrahimoviçin indi İsveç millisində çıxış etməyəcəyinə görə sevindiyi deyib:
“Yaxşı ki, hazırda İsveç millisində İbrahimoviç yoxdur. Heç vaxt Zlatana qarşı oynamaq istəməzdim. Hətta onun 40 yaşı olsa, meydana tək ayaq üstə, qoltuq ağacında çıxsa belə. Onun yoxluğu bizim xeyrimizədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB