Marsel Desayi: "Milan"a görə narahatam"

Marsel Desayi: "Milan"a görə narahatam"

Fransa millisinin sabiq müdafiəçisi Marsel Desayi bu mövsüm "Milan"ın üzləşdiyi problemlər haqqında danışıb. SİA-nın məlumatına görə, 5 il (1993-98) "rossoneri"nin şərəfini qorumuş sabiq müdafiəçi bunları deyib: "Bütün həyatım boyu "Milan"ı sevəcəyəm. "San Siro"da 80 min insanın gözü önündə olmaq inanılmaz idi. Bu stadionda təsviredilməz, qeyri-adi anlar yaşamışam. İndi kluba görə narahatam. Ümid edirəm ki, rəhbərlik nə etdiyini yaxşı bilir. Bu mövsüm onlar rəqabətə davam gətirmək üçün xeyli futbolçu transfer ediblər. Ancaq alınmır. Ona görə mövsümün sonunu gözləyib, komandaya təcrübə gətirəcək və onu baxımlı edəcək 3-4 üst səviyyəli futbolçu transfer etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə