MOİK-də yeni təyinat

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən MOİK-də yeni təyinat gerçəkləşib. SİA-nın məlumatına görə, Ramil Əliyev komandanın idman direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl “hərbçilər”in baş məşqçisi vəzifəsində çalışıb. Lakin bir müddət əvvəl mütəxəssis öz istəyi ilə baş məşqçi postundan istefa verib. Öncə klub rəhbərliyi bu istefanı qəbul etməsə də, sonradan R.Əliyevin baş məşqçi postundan ayrılması rəsmən təsdiqlənib. Əvəzində bu posta vaxtilə “Sumqayıt”ı çalışdırmış Aqil Məmmədov təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə