Sabri Lyamuşi "Renn" klubunun baş məşqçisi oldu

Sabri Lyamuşi "Renn" klubunun baş məşqçisi oldu

Futbol üzrə Fransa Liqasında təmsil olunan "Renn" klubunda yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, Kristian Qurkyuffun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Sabri Lyamuşi təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Renn" 12 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə