Levandovski fırıldaqçıların qurbanı olub

Levandovski fırıldaqçıların qurbanı olub

“Bavariya”nın hücumçusu Robert Levandovski fırıldaqçıların qurbanı olub. Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, polşalı futbolçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib.

Ancaq sonradan bunun fırıldaqçıların uydurması olduğu məlum olub. Bu kələyə inananlardan biri də Levandovski olub. Fırıldaqçılar isə aradan çıxmağı bacarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə