Rusiya-Argentina matçında anşlaq gözlənilir

Rusiya-Argentina matçında anşlaq gözlənilir

Rusiya yığmasının Argentina ilə keçirəcəyi matçda anşlaq gözlənilir. Bu barədə Rusiya Futbol İttifaqının Kommersiya Departamentinin rəhbəri Vladimir Karpoviç məlumat verib. O bildirib ki, “Lujniki” stadionundakı görüş üçün artıq 74 min bilet satılıb: “Demək olar ki, bütün biletlər satılıb. Yalnız “sky-box” üçün 3-4 minlik bilet qalıb. Onun da oyun gününə qədər tükənəcəyinə şübhə etmirik”.

Qeyd edək ki, Rusiya – Argentina matçı noyabrın 11-də 78 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə