Ərdoğan və Angela Merkel futbol matçını birlikdə izləyəcəklər

Ərdoğan və Angela Merkel futbol matçını birlikdə izləyəcəklər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın baş naziri Angela Merkel ilə birlikdə stadionda futbol matçı izləyəcək. SİA-nın məlumatına görə, R.T.Ərdoğan oktyabrın 8-9-da Almaniyaya edəcəyi səfər çərçivəsində Türkiyə və Almaniya milli komandalarının sponsoru olan "Mersedec - Benz" şirkətinin təşkil edəcəyi iki ölkənin veteran oyunçuları arasında qarşılaşmaya həmkarı ilə birlikdə stadionda baxacaq.

Qeyd edək ki, R.T.Ərdoğan oktyabrın 9-da  A.Merkellə səhər yeməyi yeyəcək. Baş nazirlər Türkiyənin Avropa Birliyinə qatılması cəhdləri, Kipr barədə aktual olan regional və beynəlxalq mövzularda müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə