Rasim Ramaldanov qış fasiləsinə kimi oynamayacaq

Rasim Ramaldanov qış fasiləsinə kimi oynamayacaq

Topaz Premyer Liqasının 11-ci turunda “Səbail”lə oyunda (3:1) sıradan çıxan Rasim Ramaldanovun durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, meniskində yırtıq olan R.Ramaldanov 1 ay yaşıl meydanlardan kənar qalacaq. Müdafiəçi qış fasiləsinə kimi meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Rasim Ramaldanov bu ilin yanvar ayında Gürcüstanın "Kolxeti" klubundan “Qəbələ”yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə