Messi məşqə cangüdənlərlə gəlib

Messi məşqə cangüdənlərlə gəlib

Rusiyalı jurnalist İvan Karpov Tuşinoda olan Argentina millisinin məşqində iştirak edib. SİA-nın məlumatına görə, məşqdən reportaj hazırlayan jurnalist Lionel Messi haqda maraqlı məlumat qeyd edib.

Ulduz futbolçunu görmək üçün stadiona gələn azarkeşlər Messinin cangüdənlərlə gəzdiyini bildiriblər. Təhlükəsizlik işçilərinin qoruduğu futbolçu məşqə ayrıca maşında onlarla birgə gəlib gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə