"Araz” xal itirib

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib. SİA-nın məlumatına görə, “Marafon”un istirahət etdiyi tur lider “Araz”ın mövsümdə ilk dəfə xal itirməsi ilə yadda qalıb. Son illərin çempionu “Neftçi” ilə görüşdə büdrəyib - 2:2.

Futzal, Yüksək Liqa
VI tur
7 noyabr

“Yasamal” FK - “FK.İD.Futsal” - 3:10
Qollar:
M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 // A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28

“Xəmsə” - EKOL - 3:5
Qollar:
Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 // R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25

“Araz” - “Neftçi” İK - 2:2
Qollar:
Q. Bastos, 25:40, M.da Silava, 31:30 // T.Qurbanov, 11:10, M. Katebi, 39:38

Qeyd edək ki, 6 turdan sonra 5 oyuna 13 xalı olan “Araz” lider, 5 oyundan 12 xal toplayan “Marafon” ikinci, 9 xallı EKOL isə turnir cədvəlində üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə