Andrey Arşavin “Kayrat” ilə yeni müqavilə imzalayacaq

Andrey Arşavin “Kayrat” ilə yeni müqavilə imzalayacaq

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin Qazaxıstanın “Kayrat” klubu ilə yeni müqavilə imzalayacaq. Bu barədə Qazaxıstan mətbuatı xəbər yayıb. Klub rəhbərliyi 36 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli razılığa gəlib. Onun bugünlərdə müqaviləyə qol çəkəcəyi bildirilir. Qeyd edək ki, Arşavin ötən ilin mart ayından “Kayrat”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə