Ronaldo mərcə girib

Kriştianu Ronaldo bu mövsüm İspaniya Primerasında rəqib qapılarına vurulan 48 zərbədən yalnız 1-ni qola çevirib. Buna baxmayaraq portuqaliyalı hücumçu "qara zolaq"dan çıxacağına inanır. SİA-nın məlumatına görə, ulduz futbolçu mövsümün sonunda La Liqanın bombardiri olacağı ilə bağlı komanda yoldaşları ilə mərcə girib. Ronaldo bu mərcdən əldə olunacaq pulu xeyriyyə fonduna köçürəcək.

Qeyd olunur ki, 32 yaşlı forvard "Las Palmas"la oyunda məhsuldar ötürmə verdiyi İskonun qol sevincini onunla bölüşməməsindən narazı qalıb. Bu mövsüm La Liqanın bombardirlər cədvəlinə 12 qolla Messi başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə