“Sevilya” futbol klubunun müdafiəçisi Kleman Lanqle karyerasını “Barselona”da davam etdirə bilər. SİA xəbər verir ki, fransalı futbolçunun Kataloniya təmsilçisinə keçməsi klub rəhbərliyi üçün prioritet məsələdir. Belə ki, “Barselona” Kleman Lanqleni heyətinə cəlb etməklə müdafiə xəttini gücləndirmək niyyətindədir.
Futbolçunun transfer qiyməti 30 milyon avro təşkil edir.
Cari mövsüm İspaniya çempionatında 10 oyun keçirən futbolçu 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB