"Barselona"nın hücumçusu Lionel Messi 2017/18 mövsümündə "Böyük beşlik" liqalarında ən çox driblinq edən futbolçudur. SİA-nın məlumatına görə, argentinalı ulduzun aktivində 113 driblinq var.
İkinci yerdə olan Neymar 96 driblinq edib ki, bunun 63%-i uğurlu alınıb. "Borussiya Dortmund"un gənc ulduzu Kristian Pulişiç (86 driblinq, 44%) ilk üçlüyü qapayır.
Effektlilik əmsalı baxımından ən yaxşı nəticə "Lion"un futbolçusu Nabil Fekirə aiddir. O, 61 driblinqin 72%-ni uğurla başa çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB