Fransa millisinin və “Real”ın sabiq futbolçusu Klod Makelelenin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, veteran yarımmüdafiəçi Belçikanın “Eypen” klubunu çalışdıracaq. Klubun rəsmi saytı 44 yaşlı məşqçinin noyabrın 7-dən işinə başlayacağını açıqlayıb.
“Eypen” 14 turdan sonra Belçika çempionatında 10 xalla sonuncu – 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Makelele buna qədər PSJ və “Suonsi”də köməkçi məşqçi, “Bastiya”da isə baş məşqçi kimi çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB