"UltraNeftçi" fanklubunun sıraları genişlənir

"UltraNeftçi" fanklubunun sıraları genişlənir

Yeni fəaliyyətə başlayan "ultraNeftçi" fanklubunun sıraları genişlənir. Artıq fanklubun daha bir şöbəsi fəaliyyətə başlayıb. "Neftçi"nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "ultraNeftçi"nin Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində "Sulutəpə şöbəsi"nin açılış mərasimi olub. Şöbənin açılmasında məqsəd bu qəsəbədəki "Neftçi" fanatlarını bir araya gətirməkdir.

Xatırladaq ki, "ultraNeftçi"nin bundan əvvəl Ramana və Kürdəxanı qəsəbələrində yerli şöbələri fəaliyyətə başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə