Riberi məşqlərə başlayıb

Bir müddətdir zədədən əziyyət çəkən “Bavariya”nın futbolçusu Frank Riberi məşqlərə başlayıb. SİA-nın məlumatına görə, diz bağlarından zədələnən fransalı yarımmüdafiəçi vaxtından tez sıraya dönüb. Daha əvvəl Riberinin zədəsinin bərpa prosesinin 2-3 ay çəkəcəyi bildirilirdi.

Qeyd edək ki, Fransa millisinin üzvü oktyabrın 1-də “Herta” ilə oyunda zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə