Andrey Şevçenko ilə yeni müqavilə imzalanacaq

Andrey Şevçenko ilə yeni müqavilə imzalanacaq

Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko ilə yeni müqavilə imzalanacaq. Apasport.az saytı xəbər verir ki, keçmiş hücumçu sözləşməsinin müddətini daha 2 illik uzadacaq. Bu isə o deməkdi ki, 41 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər hazırkı postunda qalacaq. Ukrayna Futbol Federasiyasının mətbuat xidmətindən yayılan məlumatda bildirilir ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qeyd edək ki, 2016-cı ildə millinin "sükanı arxası"na keçən Andrey Şevçenko həmin vaxt da 2 illik müqaviləyə qol çəkmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə