“Vest Hem” klubu ilə yolları ayrılan Slaven Biliç maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı çalışdırıcı istefaya göndərilməsinə şərh verib. O, indiki məqamda bu postdan ayrılmağının ən düzgün qərar olduğunu bildirib: “Bu klubda gördüyüm işlə qürur duyuram. Qovulmağıma gəlincə, məntiqli addımdı. İlk gündən sona qədər mənə yaxşı münasibət göstərən azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, karyerası ərzində Xorvatiya yığmasını, həmçinin “Lokomotiv” (Moskva) və “Beşiktaş” klublarını da çalışdırmış Slaven Biliç 2015-ci ildən “Vest Hem”in “sükanı arxası”nda idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB