“Açıq Əyləncəvi Futbol Məktəbləri” Astarada

“Açıq Əyləncəvi Futbol Məktəbləri” Astarada

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Astara rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 noyabr 2017-ci il tarixdə Astara rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin Astara rayonu üzrə təmsilçisi Afət Əkbərov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələsgər Əsgərov və layihənin kordinatoru Kərim Ağayev iştirak edivblər.

Tədbirdə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin Astara rayonu üzrə təmsilçisi Afət Əkbərov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələsgər Əsgərov və layihənin kordinatoru Kərim Ağayev çıxış ediblər. Çıxış edənlər ilk növbədə Qarabağ Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar və qrup mərhələsindəki oyunlarda əldə olunan tarixi nəticələrin əhəmiyyətini qeyd ediblər və komandaya qarşıdakı qrup oyunlarında uğurlar diləyiblər.

Vurğulanıb ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcəkdir. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə