Azərbaycan yığmasının kapitanı istefa verib

Azərbaycan yığmasının kapitanı istefa verib
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının kapitanı Zurab Azmayparaşvili istefa verib. SİA-nın məlumatına görə, Azərbaycan yığma komandası bu gürcüstanlı mütəxəssisin rəhbərliyi ilə Novi-Sad şəhərində (Serbiya) keçirilmiş Avropa çempionatının qalibi olmuş, Bursada (Türkiyə) keçirilən çempionatda dördüncü yeri tutub. Onun rəhbərliyi altında Azərbaycan şahmatçılarının iştirak etdiyi sonuncu turnir Rusiyanın Xantı-Mansı şəhərində keçirilmiş 39-cu Ümumdünya Şahmat Olimpiadası olub. Bu turnirdə Azərbaycan şahmatçıları 12-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə