Türkiyə Superliqasında son 3 turda qələbə qazana bilməyən "Fənərbaxça" daha bir pis xəbər alıb. SİA-nın məlumatına görə, Maurisio İsla və Matye Valbuenadan sonra Vinsent Yanssen də zədələnərək sıradan çıxıb.
O, Hollandiya millisinin Şotlandiya (9 noyabr) və Rumıniya (14 noyabr) ilə oyunlarına dəvət almışdı. Amma dizində problem yaşayan hücumçu Uesli Hödt və Mişel Vormla birlikdə millinin düşərgəsindən göndərilib.
Bu mövsüm "Fənərbaxça"da 8 çempionat oyununa çıxan Yanssen 2 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB