Ronaldo Raulun rekordunu qırıb

“Real”ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. SİA-nın məlumatına görə, portuqaliyalı hücumçu La Liqada son 25 ildə ən çox məhsuldar ötürmə edən oyunçu olub.

O, La Liqanın son turunda “Las Palmas”da görüşdə (3:0) 84-cü qol ötürməsini edib. Bununla da 32 yaşlı futbolçu sabiq komanda yoldaşı Raul Qonsalesin rekordunu (83 ötürmə) qırıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada cəmi 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə