Tərlan Əhmədov: "Komandamın oyunundan razı qaldım"

Tərlan Əhmədov: "Komandamın oyunundan razı qaldım"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 11-ci turun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi komandasının oyunundan razı qaldığını deyib: "Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Futbolçulara təşəkkür etdim. Müdafiəyə oturaraq və ya zəif çıxış edərək məğlub olmadıq. Hücumların kəsərini bacardığımız qədər artırmaq istədik, yüksək tempdə oynadıq, amma istədiyimiz nəticəni qazana bilmədik. Artıq bu matçı analiz edib səhvləri düzəldərək qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq”.

Qeyd edək ki, qarşılaşma 1:0 hesabı ilə "Zirə"nin xeyirnə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə