Tural Hümbətovun komandası qalib gəlib

Tural Hümbətovun komandası qalib gəlib

Makedoniya çempionatında 14-cü turun oyunları keçirilir. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geydiyi “Pobeda” səfərdə “Akademija Pandev”in qonağı olub.

Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. Matç Turalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunkaşlb.

Qeyd edək ki, 14 turdan sonra 15 xalı olan “Pobeda” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə