“Neftçi”nin çilili hücumçusu Uqo Barqas Topaz Premyer Liqasının XI turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bilirdik ki, çətin oyun olacaq. Buna baxmayaraq, matça yaxşı başladıq. İlk dəqiqələrdən topu özümüzdə saxlayırdıq. Bu, bizdə yaxşı alınırdı. Təhlükəli vəziyyətlərimiz də oldu, lakin fərqlənə bilmədik.
- Ancaq həmin təhlükəli vəziyyətləri sənin ifanda görmədik...
- Əlbəttə, söhbət təkcə hücumçulardan getmir. Komanda şəklində imkanlarımız oldu. İlk 20 dəqiqədə rəqibdən üstün idik, təzyiq edirdik. Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, alınmadı.
- Ardıcıl qələbələrdən sonra ilk "üçlük"də olan komandaya uduzdunuz. Demək olarmı ki, "Neftçi" hələ özünə gəlməyib?
- Rəqibimizin gücünü bilirdik. Xüsusən də ev oyunlarında yaxşı təsir bağışlayırlar. Bura inamla gəlmişdik və inamı itirmirik. Qarşıda fasilə var. İki həftəlik müddətdən istifadə etməyə çalışacağıq.
- Qoldan sonra oyununuzda eniş yarandı. Bu, nə ilə bağlı idi?
- Bu, zəif nöqtəmizdir. Üzərində işləməliyik. Son matçlardan fərqli olaraq bu dəfə məğlub duruma düşdük və bunun öhdəsindən gələ bilmədik.
- Qarşıda "Qəbələ" ilə oyununuz var. Həmin görüş haqda nə düşünürsən?
- “Qəbələ” ilə evdə, özü də təbii meydanda oynayacağıq. Fasilədən istifadə edib daha yaxşı hazırlaşacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB