"Qarabağ" Gəncədə "Kəpəz"i məğlub edib

"Qarabağ" Gəncədə "Kəpəz"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olub.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub. Bu qələbə ilə "Qarabağ" xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda hələ bir oyunu da var.

Bütün xəbərlər Facebook səhifəmizdə