Azərbaycan şahmatçıları Macarıstanı məğlub ediblər

Azərbaycan şahmatçıları Macarıstanı məğlub ediblər

Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

SİA-nın verdiyi məlumata görə, noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə