9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped klubunun təşkilatçılığı ilə noyabrın 5-də “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.
SİA-nın verdiyi məlumata görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun üzvləri və həvəskar velosipedçilər iştirak ediblər.
DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB