Şahmat millimiz Macarıstana qalib gəlib ikinci oldu

Şahmat millimiz Macarıstana qalib gəlib ikinci oldu

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının yeddinci turu keçirilib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir. Mötəbər yarışın yeddinci turunda kişilərdən ibarət yığmamız Macarıstan, xanım şahmatçılarımız isə İngiltərə millisi ilə qarşılaşıblar. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibinə şans verməyib – 3:1. Bu oyuna qədər lider olan Macarıstan üzərindəki qələbə yığmamızı turnir cədvəlində ikinci pilləyə yüksəldib.

Qadınlar yığmamız isə heç-heçə ilə barışıb – 2:2.

Komandalararası Avropa çempionatı

VII tur

Kişilər

Azərbaycan – Macarıstan – 3:1

1. Şəhriyar Məmmədyarov (2791) – Peter Leko (2679) – 0.5:0.5

2. Teymur Rəcəbov (2741) – Viktor Erdoş (2624) – 1:0

3. Arkadi Naydiç (2702) – Riçard Rapport (2686) – 1:0

4. Rauf Məmmədov (2678) – Ferenc Berkes (2661) – 1:0

Turnir cədvəli: 1. Rusiya – 12 xal, 2. Azərbaycan – 11 xal, 3. Macarstan – 10 xal

Qadınlar

Azərbaycan – İngiltərə – 2:2

1. Günay Məmmədzadə (2393) – Yovanka Huska (2393) – 0.5:0.5

2. Zeynəb Məmmədyarova (2298) – Danye Ciuksayt (2318) – 0:1

3. Fətəliyeva Ülviyyə (2348) – Syu Marora (2077) – 1:0

4. Gülnar Məmmədova (2385) – Kanval Bahtia (2080) – 0.5:0.5

Turnir cədvəli: 1. Rusiya – 13 xal, 2. Gürcüstan – 12 xal, 3. Polşa – 10 xal… 15. Azərbaycan – 7 xal.

Bütün xəbərlər Facebook səhifəmizdə