Kamran Ağayev vaxtı uzatdığı üçün meydandan qovulub

Kamran Ağayev vaxtı uzatdığı üçün meydandan qovulub

Millimizin futbolçusu Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda 13-cü turda səfərdə "Ostrava" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

"Ostrava" - "Mlada Boleslav" - 0:1
Qol: Mingazov, 14

K.Ağayev oyun start heyətdə daxil olub. Ancaq o, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Qeyd edək ki, "Mlada Boleslav" 13 turdan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə