Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib. Turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib. Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.
Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB