Qvardiola: "Vengerin rekordunu yeniləmək niyyətində deyilik" - AÇIQLAMA

Qvardiola: "Vengerin rekordunu yeniləmək niyyətində deyilik" - AÇIQLAMA
"Mançester Siti"nin baş məşqçisi Josep Qvardiola Premyer Liqada "Arsenal"la oyun ərəfəsində 2003/04 mövsümündə "topçular"ın məğlubiyyətsizlik seriyası barədə danışıb. SİA-nın məlumatına görə, ispan mütəxəssis açıqlamasında rekord barədə düşünmədiyini bildirib: "Bu rekordun Vengerə aid olduğunu və onu məğlub etməyəcəyimizi söyləmək istərdim. O, sakit və əmin olmalıdır ki, bu, baş verməyəcək. Bütün oyunları məğlubiyyətsiz keçirmək fantastik bir şeydir. Onun rekordunu yeniləmək niyyətində deyilik. Biz bazar günü yaxşı oynamaq və qalib gəlmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə