Futbol üzrə Portuqaliya millisinin Səudiyyə Ərəbistanı və ABŞ yığmaları ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Fernandu Santuş yığmaya 24 futbolçu cəlb etsə də, Kriştianu Ronalduya dəvət göndərməyib.
Yoldaşlıq oyunları üçün Portuqaliya millisinin heyətinə qapıçılar – Betu, Antoni Lopeş, Joze Sa, müdafiəçilər – Kevin Rodriqes, Antuneş, Luiş Netu, Pepe, Edqar İe, Joau Kanselu, Nelson Semedu, Rikardu Ferreyra, Rokardu Pereyra, yarımmüdafiəçilər – Bernardu Silva, Brunu Fernandeş, Danilu Pereyra, Joay Mariu, Manuel Fernandeş, Ruben Neveş, hücumçular – Andre Silva, Bruma, Jelson Martinş, Eder, Qonsalu Quedeş və Roni Lopeş dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB