Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. SİA-nın məlumatına görə, iki günü əhatə edəcək turun açılış matçında “Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.
Qeyd edək ki, turnir cədvəlinə 22 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 21 xalla ikinci pillədədir. İlk üçlüyü isə 19 xalla “Qəbələ” tamamlayır. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (13), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB